AFFA rəsmisi UEFAnın iclasında iştirak edib

22.11.2024

Icma.az, Operativmedia portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Operativ Media" bu haqda qurumun mətbuat xidmətinə istinadən xəbər verir.

İclas UEFA-nın İsveçrənin Nyon şəhərindəki qərargahında baş tutub. Toplantı zamanı komitə üzvləri tərəfindən aşağıdakı məsələlər müzakirə olunub:

- Cari mövsümdən etibarən UEFA tərəfindən klublar üçün nəzərdə tutulmuş həmrəylik ödənişlərinin lisenziyalaşdırma prosesi ilə əlaqələndirilməsi;

- Ötən mövsüm ərzində lisenziyalaşdırma sistemi ilə əlaqədar UEFA tərəfindən görülmüş işlərin icmalı;

- Bir qurum və ya şəxs tərəfindən bir neçə klubun sahibliyi (multi-klub sahibliyi) ilə əlaqəli qaydalar;

- UEFA tərəfindən dərc olunmuş statistik hesabatın icmalı və digər məsələlər

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью