AFFA rəsmisi UEFAnın iclasında iştirak edib

22.11.2024

Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA-nın Klubların Lisenziyalaşdırılması Komitəsinin iclasında üzv olaraq iştirak edib.

Apasport.az xəbər verir ki, iclas UEFA-nın İsveçrənin Nyon şəhərindəki qərargahında baş tutub.

Toplantı zamanı komitə üzvləri tərəfindən aşağıdakı məsələlər müzakirə olunub:

- Cari mövsümdən etibarən UEFA tərəfindən klublar üçün nəzərdə tutulmuş həmrəylik ödənişlərinin lisenziyalaşdırma prosesi ilə əlaqələndirilməsi;

- Ötən mövsüm ərzində lisenziyalaşdırma sistemi ilə əlaqədar UEFA tərəfindən görülmüş işlərin icmalı;

- Bir qurum və ya şəxs tərəfindən bir neçə klubun sahibliyi (multi-klub sahibliyi) ilə əlaqəli qaydalar;

- UEFA tərəfindən dərc olunmuş statistik hesabatın icmalı və digər məsələlər.

AFFA-nın liqalarında növbəti turun təqvimi açıqlanıb "Kəpəz" klubunun futbolçusu əməliyyat olunub Yusif Nəbiyev: "Yığmanın bu durumunda bütün azərbaycanlı futbolçuların günahı var" AFFA Premyer Liqa klubunun qapıçısını milliləşdirəcək - Özəl Samir Abasov onu "gözdən çıxarıb"
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью