AFFA rəsmisinə “Mançester Siti”nin oyununa təyinat İdman və Biz

23.11.2024

Icma.az bildirir, Idman.biz portalına istinadən.

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

İdman.biz xəbər verir ki, o, UEFA Gənclər Liqasının V turu çərçivəsində keçiriləcək “Mançester Siti” (İngiltərə) – “Feyenoord” (Niderland) oyununun UEFA nümayəndəsi olacaq.

Noyabrın 26-da “Mançester Siti” akademiyasının stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью