AFFA rəsmisinə UEFA dan təyinat

11.11.2026

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlılığı şöbəsinin rəhbəri Kifayət Mustafayeva UEFA tərəfindən növbəti təyinat alıb.

Futbolpress.az xəbər verir ki, o, UEFA Qadınlar Çempionlar Liqasının Liqa mərhələsinin IV turu çərçivəsində keçiriləcək “OH Leuven” (Belçika) – “HB Köge” (Danimarka) oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma noyabrın 11-də Belçikanın Leuven şəhərində yerləşən “Den Dreef” stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью