AFFA rəsmisinə UEFA dan təyinat verilib

29.10.2025

Icma.az bildirir, 525.az portalına istinadən.

AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayevaya UEFA-dan təyinat verilib.

Bu barədə 525.az-a qurumun mətbuat xidmətindən bildirilib.

O, UEFA Gənclər Liqasının II təsnifat mərhələsində baş tutacaq "Dinamo" (Minsk, Belarus) – "Ludoqorets" (Bolqarıstan) oyununun UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, qarşılaşma noyabrın 1-də Bolqarıstanın Razqrad şəhərində yerləşən "Eagles Nest Stadium"da baş tutacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью