AFFA “Şamaxı” və “Araz Naxçıvan”ı cərimələdi

20.10.2026

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Misli Premyer Liqasının səkkizinci turunun oyununda hakimin qərarına etiraz etdiyinə görə qırmızı vərəqə alan “Şamaxı”nın məşqçisi Araz Bağırov bir oyunluq cəza alıb, klub isə 2500 manat cərimələnib.

İdman.Biz xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Həmçinin həmin matçda dörd futbolçusu sarı vərəqə alan “Şəfa” komandası 700 manat cərimələnib.

“Sumqayıt”la qarşılaşmada ikinci sarı vərəqədən qırmızı vərəqə alan “Araz-Naxçıvan”ın futbolçusu Ağadadaş Salyanski bir oyunluq cəzalanıb, Naxçıvan təmsilçisi isə 500 manat cəriməyə məruz qalıb.

“İmişli” ilə görüşdə dörd futbolçusu xəbərdarlıq alan “Turan Tovuz” klubu da 700 manat cərimə ödəyəcək.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью