AFFA “Şamaxı” və “Turan Tovuz”u cərimələdi

25.11.2026

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Futbol üzrə Misli Premyer Liqasının 12-ci turunda “Şamaxı” və “Turan Tovuz” klubları məşqçilərin rəqibi təhqir etməsi və futbolçularının təcavüzkar davranışına görə cərimələniblər.

İdman.Biz xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Noyabrın 21-də keçirilən “Şamaxı” - “Turan Tovuz” matçının ilk hissəsindən sonra hər iki komandanın məşqçisi rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Bu səbəbdən Araz Bağırov və Yunis Hüseynov hər biri 3 oyunluq cəzalandırılıb. Həmçinin klubların hər biri 8000 manat cərimə olunub.

Həmin görüşün 75-ci dəqiqəsində “Turan Tovuz”un futbolçusu Xorxe Silva təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alıb. O, 1-i şərti olmaqla 3 oyunluq cəzalandırılıb. Tovuz təmsilçisi isə 3000 manat cərimələnib. Futbolçuya 6 aylıq sınaq müddəti təyin edilib.

Noyabrın 20-də keçirilən “Sumqayıt” – “Sabah” matçının 33-cü dəqiqəsində meydan sahiblərinin futbolçusu Lukas Blek ikinci sarı vərəqədən qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalandırılıb. “Sumqayıt” klubu isə 500 manat cərimə olunub.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью