AFFA Santuşa ödədiyi təzminatı açıqladı

11.10.2025

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AFFA milli komandanın baş məşqçisi postundan istefaya göndərilən Fernandu Santuşa təzminatı ödəyib. 

Qaynarinfo Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu AFFA-nın baş katibi Cahangir Fərəcullayev deyib.

Bildirilib ki, onunla müqavilədə yer alan bütün şərtlərə əməl edilib. 

AFFA rəsmi şəkildə bu məbləği açıqlamasa da, əldə etdiyimiz məlumata görə, ona 1 milyon 800 min avro (3 milyon 700 min manat) təzminat ödənilib.

Xatırladaq ki, Fernandu Santuş ötən ayın 8-i istefaya göndərilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью