AFFA Səbail klubunu cərimələyib

26.11.2024

Icma.az, Reyting.az portalına istinadən məlumat verir.


AFFA İntizam Komitəsi "Səbail" klubunu 1300 manat cərimələyib.
Reyting.az
xəbər verir ki, buna "dənizçilər"in evdə "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları Premyer Liqanın XIV turunun matçında yaşananlar səbəb olub.
Paytaxt təmsilçisi azarkeşlərin 62-ci dəqiqədə lazer işıqdan istifadə etməsinə görə 500 manat ödəyəcək. Bakı klubu görüş bitəndən sonra meydana kənar şəxslərin daxil olması ucbatından 800 manat ziyana düşüb.
"Qarabağ" isə 700 manat cərimələnib. Buna "köhlən atlar"ın 4 oyunçusunun sözügedən qarşılaşmada sarı vərəqə ilə cəzalandırılması əsas verib.

Ana səhifəyə dön


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью