AFFA “Turan Tovuz”la bağlı açıqlama yaydı

03.06.2026

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

AFFA “Turan Tovuz”un avrokuboklardan kənarlaşdırılması ilə bağlı məlumat yayıb.

Futbolpress.az xəbər verir ki, qurumun açıqlamasında bunlar qeyd edilib:

“UEFA tərəfindən AFFA-nın İntizam Komitəsinin “Turan Tovuz”un futbolçularının danışılmış oyunlarda iştirak etdiyinə görə futboldan uzaqlaşdırılması ilə bağlı 13 dekabr 2019-cu il tarixli qərarına istinad edilərək klubun UEFA Konfrans Liqasının 2026/2027-ci illər mövsümündə iştirak hüququ məsələsinə hüquqi qiymət verilməsi üçün iş UEFA-nın Apellyasiya Orqanına yönləndirilmişdi.

UEFA Apellyasiya Orqanının 2 iyun 2026-cı il tarixli qərarına əsasən, klub sözügedən turnirdə iştirak hüququndan məhrum edilmişdir”.

“Turan Tovuz” qərardan CAS-a şikayət edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью