futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
FIFA 2027-2030-cu illər proqramı üzrə futbol üçün ayrılan vəsaitin məbləğini artırmağı təklif edib.
Futbolpress.az xəbər verir ki, ali futbol qurumu maliyyə dəstəyini 25 milyon dollara çatdırmaq istəyir.
Yeni proqrama əsasən, assosiasiyaya üzv olan 211 federasiyanın biri bu qədər vəsait əldə edəcək. Qurumlar üçün qadın və gənclər futbolunun inkişafı, infrastruktur məsələləri və uzunmüddətli layihələr üçün əlavə məbləğ də nəzərdə tutulub.
Proqramın yekun şərtlərinin FIFA-nın dekabrda baş tutacaq iclasında təsdiqlənməsi gözlənilir.
FIFA 2023-2026-cı illər proqramına əsasən, federasiyalara 8 milyon dollar ödəniş edir.
AFFA 1994-cü ildən quruma üzvdür.