AFFA üçün yeni sponsor

20.12.2024

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

AFFA və ölkənin aparıcı banklarından biri olan “Bank Respublika” ASC arasında sponsorluq müqaviləsi imzalanıb.

Futbolpress.az xəbər verir ki, müqaviləni AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və “Bank Respublika” ASC-nin İdarə Heyətinin sədri Tariyel İsmayılov imzalayıblar. AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev çıxış edərək nüfuzlu şirkətlərin, bankların Azərbaycan futbol ailəsinə maraq göstərməsinin sevindirici hal olduğunu deyib. O, ölkə futboluna göstərdiyi diqqətə, əməkdaşlığa görə “Bank Respublika” rəhbərliyinə təşəkkür edib:

“Bu gün Azərbaycan futbolu üçün əlamətdar günlərdən biridir. Bank sektorunun futbolumuzun inkişafına öz töhfəsini verməyə hazır olması sevindirici haldır. Bu əməkdaşlığın həm milli assosiasiya, həm də bank üçün faydalı olacağına əminik”.

“Bank Respublika” ASC-nin İdarə Heyətinin sədri Tariyel İsmayılov isə öz növbəsində Azərbaycan futbolunun gələcəyinə inandıqlarını və bu müqavilə ilə futbolumuzun inkişafına töhfə verməkdən qürur duyduqlarını bildirib. T.İsmayılov milli komandanın gələn il keçiriləcək dünya çempionatının seçmə mərhələsində baxımlı oyunlar sərgiləyərək azarkeşlərimizi sevindirəcəyinə inamını ifadə edib:

“AFFA ilə əməkdaşlıq çərçivəsində futbolun kütləviləşdirilməsi, gənc istedadların üzə çıxarılması və peşəkar futbolun inkişafına dəstək olmaq bizim məqsədlərimizdir”.

Tədbirin sonunda milli komandamnın çərçivəyə salınmış xüsusi forması AFFA tərəfindən “Bank Respublika”ya hədiyyə olunub.

Müqaviləyə əsasən, “Bank Respublika” dörd il ərzində AFFA-nın rəsmi sponsoru olacaq.

Əsas xəbərlər, Ölkə futbolu Azərbaycan çempionatlarında ilk

18 Dekabr 2024, 17:36

Əsas xəbərlər, Manşet, Ölkə futbolu Santuş nəyin hesabatını verib?

18 Dekabr 2024, 8:01

Əsas xəbərlər, Ölkə futbolu Sumqayıtda minifutbol turniri keçirildi

17 Dekabr 2024, 11:46

Əsas xəbərlər, Ölkə futbolu Santuş və onlar püşkatmada iştirak edəcək

13 Dekabr 2024, 9:57

Əsas xəbərlər, Ölkə futbolu “Belə halların baş verməməsi üçün lazımi addımlar atılacaq” (AÇIQLAMA)

12 Dekabr 2024, 11:42

Əsas xəbərlər, Ölkə futbolu Azərbaycan futbolunda biabırçılıq: hakim təyinatı unuduldu

12 Dekabr 2024, 8:56

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью