Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 25 fevral, AZƏRTAC
Fevralın 24-25-də Albaniyanın paytaxtı Tiranada UEFA-ya üzv assosiasiyaların nümayəndələrinin iştirakı ilə “UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlılığı” mövzusunda regional seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, seminarda AFFA-nın Lisenziya və Qeydiyyat departamentinin əməkdaşları - departamentin rəisi Seymur Səlimli, Lisenziya şöbəsinin baş mütəxəssisi Aynur Abdullayeva və aparıcı mütəxəssisi Nərmin Sidaliyeva iştirak ediblər.
Seminarda UEFA-nın çoxklublu mülkiyyət tələbləri və onların tətbiqi, Avropa Futbol mühiti, yerli maliyyə monitorinqi, hüquqi qrup strukturu və hesabat perimetri, UEFA həmrəylik mexanizmi və klub lisenziyalaşdırılması kimi mövzular müzakirə olunub.