AFFA UEFA nın təşəbbüsünü dəstəkləməyən yeganə assosiasiya oldu

08.10.2026

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Ölkə.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Oktyabrın 8-də Berlində UEFA-ya üzv olan 55 milli assosiasiya nümayəndələrinin görüşü keçirilib. İclasda, xüsusən də FIFA-nın yenidən qurulması və islahat istiqamətləri müəyyənləşdirilib.

"UEFA və təşkilatın AFFA istisna olmaqla bütün milli assosiasiyaları FIFA-da islahatların aydın istiqamətini razılaşdırıblar. Milli assosiasiyalar FIFA-nın hazırkı rəhbərliyinə etimadı itirdiklərini təsdiqləyiblər. Onların fikrincə, institusional islahatlar kifayət deyil: FIFA-ya eyni zamanda yeni rəhbərlik - idarəetmə təcrübəsinə, futbol köklərinə, bütün regionlarda inam qazanmaq bacarığına və müstəqilliyə malik hörmətli, birləşdirici səxs lazımdır", - deyə UEFA-nın bəyanatında bildirilir.

Qeyd edək ki, 2016-cı ildən FIFA prezidenti vəzifəsini Canni İnfantino tutur. FIFA rəhbərliyinə növbəti seçki 2027-ci ilin mart ayında keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью