AFFA Ülvi Babayevi milliləşdirmək İSTƏYİR

28.11.2025

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Moskva “Dinamo”sunun hücumçusu Ülvi Babayevin Azərbaycan millisində oynamaq şansı hələ də qalır. 
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, AFFA 21 yaşlı forvardın milliləşdirməkdə israrlıdır. 
 

Babayev son olaraq Rusiyanın U-21 millisinə çağırılsa da, milli assosiasiya ondan ümidini üzmür. AFFA rəhbərliyi futbolçunun ailəsi ilə müntəzəm əlaqə saxlayır, onun qərarına təsir göstərməyə çalışır.


Babayevin ilk hədəfi Rusiya millisində oynamaqdır. Lakin bunun reallaşmama ehtimalı da futbolçunu düşündürür. Bu üzdən o, yekun qərarını verməyə tələsmir.
Qeyd edək ki, Ülvi bu ilin yayından “Dinamo”nun əsas komandasına cəlb olunub.
Rəşad Rafiqoğlu, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью