AFFA və kurator bu klubun təsisçiliyindən imtina etməyə RAZILAŞDI SON DƏQİQƏ | Icma.az
Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Premyer Liqanın daha bir klubu AFFA-nın «əhatə dairəsi»ndən çıxmaq üzrədir. «Turan Tovuz»dan sonra növbə «Kəpəz»ə çatıb.
Yeni sponsor tapan Gəncə təmsilçisi təsisçilik məsələsində federasiya ilə razılığa gəlib.
2015-ci ildən bəri «sarı-göylər»in təsisçiləri sırasında yer alan AFFA öz payını onlara güzəhtə getməyə «okey» verib.
Həmçinin həmin vaxt federasiya tərəfindən Gəncə futboluna kurator təyin edilmiş İsgəndər Cavadov təsisçilik payını təmənnasız olaraq addan-ada keçirməyə müsbət yanaşıb.
Bir neçə gün öncə başlayan proses tezliklə yekunlaşacaq. «Kəpəz» rəhbərliyi bu məqsədlə yaxın günlərdə bir araya gələcək.
Redaksiyamıza daxil olan məlumata görə, iclasın qarşıdakı 10-12 gün ərzində keçirilməsi planlaşdırılır.
Toplantıda bir sıra mühüm məsələlər müzakirə ediləcək. Onların başında struktur dəyişikliyinin aparılması gəlir.
Tam oxu
Xəbəri oxu