AFFA ya 60 milyondan çox vəsait daxil olub

03.04.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

AFFA-nın Hesabat Konfransı keçirilir.

Futbolpress.az xəbər verir ki, mərasim saat 10:00-da başlayıb.

Tədbirdə AFFA-nın ötən il üzrə gəlirləri açıqlanıb.

Quruma 2025-ci ildə 61 milyon 437 min 894 manat vəsait daxil olub.

Bu məbləğdən 26 milyonu SOCAR-dan (AFFA Maliyyə dəstəyi), 11 milyon 128 min 500 manatı “AzərMaş”dan, 6 milyon 435 min 438 manat UEFA-dan, 5 milyon 300 min manat SOCAR-dan (Qrant Müqavilə) vəsait daxil olub.

Bundan əlavə, 4 milyon 907 min 311 manat A MYK Yayım Hüququ gəlirindən (UEFA), 2 milyon 874 min 917 manat FIFA-dan, 1 milyon 918 min manat “Paşa Sığorta”dan, 930 min manat “Paşa Həyat”dan, 500 min manat “Ensol MMC”dən, 132 min 750 manat “Carlsberg”dən, 59 min manat “Azərlotereya”dan, 1 milyon 251 min 978 manat digərlərindən qurumun hesabına köçürülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью