AFFA ya şikayət olundu, cəza azaldıldı

11.03.2025

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın 2-ci liqa təmsilçisi  “Hypers Quba" klubu tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilib.

525.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb

İntizam Komitəsinin Ruslan Qurbanov barəsində tətbiq etdiyi 4 oyunluq cəzanın çəkilməmiş hissəsi, yəni 2 oyunluq cəzanın şərti olaraq tətbiq edilməsinə qərar verilib. Futbolçuya üç aylıq sınaq müddəti təyin edilib. Sınaq müddətinin başlanğıcı 06 mart 2025-ci il tarixdən etibarən hesablanacaq. Quba təmsilçisinin 300 manatlı cərimə olunması ilə bağlı qərar isə qüvvədə saxlanılıb.

Xatırladaq ki, Azərbaycan millisinin sabiq üzvü 14-cü turda "Şəmkir"lə matçda hakimi təhqir etdiyi üçün 4 oyunluq cəzalanmışdı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью