AFFA yeni geyim şirkəti ilə anlaşdı

23.04.2025

Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.

AFFA yeni geyim şirkəti ilə anlaşıb.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, qurum uzun müddətdir Azərbaycan milli komandasını forma ilə təchiz edən "Nike" ilə əməkdaşlığı dayandıraraq "Puma" ilə razılığa gəlib.

Xatırladaq ki, "Nike" 2017-ci ildən AFFA-nın təchizat sponsoru idi. Yığmamız həmin il mayın 10-da Şimali İrlandiya ilə DÇ-2018-in seçmə oyununa ilk dəfə bu formada çıxıb. 2006-2017-ci illərdə isə millinin geyim sponsoru "Umbro" olub. 

Yeni sponsor "Puma" Almaniya şirkətidir. Bir çox tanınmış klublar - "Mançester Siti", "Milan", "Borussiya Dortmund", "Qalatasaray" və digər Avropa nəhəngləri məhz bu firmanın formalarını geyinir.

Mirağa

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью