AFFA yenidən Turan Tovuz klubunu cəzalandırdı

13.03.2025

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

AFFA İntizam Komitəsi "Turan Tovuz" klubunu 1000 manat cərimələyib.

Oxu.Az xəbər verir ki, buna Emanuel Hakmanın qırmızı vərəqə alması səbəb olub.

Bölgə klubunun futbolçusu Emmanuel Hakman "Neftçi" ilə qarşılaşmada (1:1) rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə qırmızı vərəqə almışdı. Ona bir oyun cəza verilib.

Qeyd edək ki, AFFA İntizam Komitəsi daha öncə də "Turan Tovuz" klubunu 20 min manat dəyərində cərimələmişdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью