AFFA Zirə ilə Neftçi ni cəzalandırdı

03.03.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

AFFA İntizam Komitəsi "Zirə" və "Neftçi" klublarını cərimələyib.

Oxu.Az xəbər verir ki, paytaxt təmsilçiləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda yaşananlara görə ziyana düşüblər.

"Zirə" beş üzvü "Araz-Naxçıvan"la oyunda (0:2) sarı vərəqə aldığı üçün 700 manat, azarkeşlərin hakimlərin ünvanına təhqiramiz ifadələr işlətməsi ucbatından (cari mövsümdə ikinci dəfə yaşanır) 500 manat ödəyəcək.

"Kəpəz"lə oyunda (1:0) qırmızı vərəqə alan "Neftçi"nin hücumçusu Bassalu Sambu iki oyunluq cəzalanıb, "Neftçi"yə isə 1500 manatlıq cərimə tətbiq edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью