AFFA “Zirə” və “Şamaxı”nı cərimələdi

21.05.2025

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, iclasda Premyer Liqanın 35-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Zirə” – “Sabah” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Zirə” klubu 800 manat cərimə edilib.

“Şamaxı” – “Araz-Naxçıvan” oyununda “Şamaxı” klubunun 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şamaxı” klubu 700 manat cərimə edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью