AFFA “Zirə”nin futbolçusunun cəzasını dəyişib

22.04.2025

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.

İdman.biz xəbər verir ki, yığıncaqda “Zirə”nin müraciətinə baxılıb.

Qəsəbə klubunun U-17 komandasının futbolçusu Qurban Cəlilov barəsində verilən qərardan şikayəti qismən təmin edilib. U-17 Liqasında keçirilən “Zirə” – “Qarabağ” matçında rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün futbolçuya verilən 3 oyunluq cəza yüngülləşdirilib. O, ikisi şərti olmaqla 3 matçlıq diskvalifikasiya edilib. Şərti cəzanın çəkilməsi üçün 3 ay sınaq müddəti müəyyən olunub və başlanğıcı aprelin 16-dan hesablanacaq.

Apellyasiya şikayətinin qalan hissəsi təmin olunmayıb.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью