AFFAdan iki baş məşqçiyə 5 oyunluq cəza

05.12.2024

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

QOL.az xəbər verir ki, iclasda AFFA Gənclər Liqasında keçirilən oyunlardakı qayda pozuntuları ilə bağlı qərarlar verilib.

"Sumqayıt"  - "Zirə" oyununda meydan sahiblərinin baş məşqçisi Kənan Hacıyev hakimlər otağına daxil olaraq təhqiredici sözlər işlətdiyinə görə 5 oyun cəzalandırılıb.

U-14 Liqasında keçirilən "Çinar" (Gəncə) – "Azəri" (Gəncə) oyununda  meydan sahiblərinin baş məşqçisi Elçin Quziryani texniki zona qaydalarını pozduğuna görə, eyni zamanda hakimlər briqadasını təhqir və fiziki təzyiq etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 5 oyun cəzalandırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью