AFFAdan klub rəsmisinə ağır cəza İdman və Biz

10.01.2025

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Azərbaycan Qartalları” komandasının koordinatoru Abdulkadir Öz cəzalandırılıb.

İdman.biz xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.

Klub rəsmisi U-10 Liqasında keçirilən “Neftçi” PFK – “Azərbaycan Qartalları” oyunundakı davranışına görə cəza alıb. Öz hakimi təhqir etdiyi üçün qırmızı vərəqə ilə cəzalanıb. AFFA bu hərəkətinə görə ona 5 matçlıq cəza verib.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью