AFFAdan “Sumqayıt”ın baş məşqçisinə cəza İdman və Biz

05.12.2024

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

İdman.biz xəbər verir ki, yığıncaqda iki baş məşqçi cəzalanıb.

Gənclər Liqasında keçirilən “Sumqayıt” – “Zirə” oyununda meydan sahiblərinin baş məşqçisi Kənan Hacıyev hakimlər otağına daxil olaraq təhqiredici sözlər işlədib. AFFA çalışdırıcını 5 oyunluq diskvalifikasiya edib.

U-14 Liqasında “Çinar” və “Azəri” arasında Gəncə derbisi də qalmaqalla yadda qalıb. “Çinar”in baş məşqçisi Elçin Quziryani texniki zona qaydalarını pozduğuna görə, eyni zamanda hakimlər briqadasını təhqir və fiziki təzyiq etdiyinə görə ona qırmızı vərəqə verilib. İntizam Komitəsi onu 5 oyunluq cəzalandırıb.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью