AFFAnın əməkdaşı “Fənərbağça”nın matçına təyinat aldı

13.01.2025

Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən növbəti təyinat alıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə AFFA-nın saytında məlumat yayılıb.
Bildirilib ki, o, UEFA Avropa Liqasının VII turu çərçivəsində keçiriləcək “Fənərbağça” (Türkiyə) – “Lion” (Fransa) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.
Qeyd edək ki, qarşılaşma yanvarın 23-də İstanbulda yerləşən “Şükrü Saracoğlu” stadionunda baş tutacaq.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью