AFFAnın əməkdaşı İsveçrədə beynəlxalq seminarda iştirak edib

14.01.2025

Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

AFFA-nın Beynəlxalq oyunlarda təhlükəsizlik üzrə baş mütəxəssisi Elnur İbişov İsveçrənin Nyon və Cenevrə şəhərlərində UEFA-ya üzv ölkələrin təhlükəsizlik xidmətinin əməkdaşları üçün seminarda iştirak edib.

"Report" xəbər verir ki, iki gün davam edən seminarda Avropa çempionatı, eləcə də, avrokubok oyunlarında təhlükəsizlik əməkdaşlarının işlərində nöqsanlar müzakirə olunub.

Həmçinin matçlar zamanı zonalara bölünmə, biletlərin yoxlanış qaydaları və tamaşaçıların stadiona maneəsiz giriş-çıxışlarına nəzarətlə bağlı söhbətlər aparılıb.

Bizim Telegram kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью