AFFAnın təşkilatçılığı ilə fitnes məşqçilik kursunun IV mərhələsi keçirilib

18.12.2024

Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

AFFA-nın təşkilatçılığı ilə Təhsil və Reabilitasiya Mərkəzində UEFA B kateqoriyalı fitnes məşqçilik kursunun IV mərhələsi keçirilib.

"Report" qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, üç gün çəkən məşğələlərdə assosiasiyanın Təhsil Proqramının rəhbəri Aslan Kərimov, təlimatçı Osman Rəhimov və UEFA təlimatçısı Frits Şmid iştirak ediblər.

Kursda həmçinin Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadə iştirakçılara antidopinqlə bağlı məlumat verib.

Bizim Telegram kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью