AFFAnın vitseprezidenti UEFAdan təyinat alıb

10.11.2024

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti dəfə təyinat alıb.

AFFA-dan AZƏRTAC-a verilən məlumata görə, o, qadın futbolçulardan ibarət komandalar arasında UEFA Çempionlar Liqasının qrup mərhələsinin III turu çərçivəsində keçiriləcək “Roma” (İtaliya) – “Lion” (Fransa) oyununun UEFA nümayəndəsi olacaq.

A qrupunun qarşılaşması noyabrın 13-də Roma şəhərində yerləşən “Tre Fontane” stadionunda baş tutacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью