AFFAya U19 millisinin baş məşqçisi ilə müqavilənin uzadılmaması barədə təqdimat verilib AZƏRTAC

18.12.2024

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı,18 dekabr, AZƏRTAC

On doqquz yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Elxan Abdullayev ilə yollar ayrıla bilər.

Bu barədə AZƏRTAC-a AFFA-nın texniki direktoru Cahangir Həsənzadə məlumat verib. O, təcrübəli mütəxəssislə bununla bağlı danışıqlar apardığını bildirib: “Texniki idman şöbəsi ilə U-19-un məşqçilər korpusu arasında müqavilənin uzadılmaması barədə ilkin danışıqlar olub. Mən də öz hesabatımı ötən gün AFFA-nın İcraiyyə Komitəsinin (İK) iclasında səsləndirdim. Lakin son qərarı İK üzvləri verəcəklər. Elxan Abdullayevin yığmadakı müqaviləsinin müddəti gələn il yanvarın 1-də başa çatacaq”.

54 yaşlı çalışdırıcı 2021-ci ildən U-19 yığmasına rəhbərlik edir.

Qeyd edək ki, daha əvvəl U-21 millisinin baş məşqçisi Samir Əliyevlə də müqavilənin uzadılmayacağı açıqlanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью