Afina klubunda yeni baş məşqçi

28.05.2026

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Panatinaikos”un yeni baş məşqçisi müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, Afina klubunun mətbuat xidmətinin məlumatına görə, komandaya Yakob Nestrup təyin olunub. 38 yaşlı danimarkalı mütəxəssis bu vəzifədə Rafael Benitesi əvəzləyib. Nestrup ilə müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.
O, 2022-ci ildən 2026-cı ilin yanvar ayına qədər “Kopenhagen”də çalışıb. Komanda onun rəhbərliyi altında iki dəfə Danimarka çempionluğunu və iki dəfə ölkə kubokunu qazanıb.
“Panatinaikos” Yunanıstan Super Liqasını 52 xalla 4-cü yerdə başa vurub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью