Afina təhlükədə: Güclü yanğın 60 km yaxınlıqda... Video

04.08.2026

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Meşə yanğınları Yunanıstanın paytaxtı Afinaya daha da yaxınlaşıb və şəhərdən cəmi 60 kilometr məsafəyə çatıb.

Axar.az xəbər verir ki, bu barədə Yunanıstan mediası məlumat yayıb.

Qeyd olunub ki, güclü külək alovu yaşayış məntəqələrinə doğru yayır, mürəkkəb relyef isə yanğınsöndürənlərin işini çətinləşdirir. Sahilyanı ərazilərdən artıq mindən çox sakin təxliyə olunub, oxşar əməliyyat Krit adasında da həyata keçirilir.

Alov zeytun plantasiyalarına və kənd təsərrüfatı torpaqlarına ciddi ziyan vurub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью