Icma.az bildirir, Turkstan.az portalına istinadən.
Yunanıstanda sosial-iqtisadi vəziyyətin pisləşməsi, aşağı əməkhaqları və işsizliklə bağlı narazılıqlar ümumxalq tətilinə səbəb olub.
Turkustan.az xəbər verir ki, tətil çərçivəsində ölkənin paytaxtı Afina da daxil olmaqla, 60 şəhərində təxminən 15 min nəfər etiraz aksiyalarına qatılıb.
Etirazçılar arasında dövlət və özəl sektorun əməkdaşları, müəllimlər, məktəblilər və tələbələr yer alıb.
Aksiya iştirakçıları artan qiymətlərə, təhsil sektorunda yaşanan problemlərə və məktəb infrastrukturunun vəziyyətinə də etiraz ediblər.
Etirazlar ölkədə sosial və iqtisadi məsələlərlə bağlı narazılığın genişləndiyini göstərir. /Globalinfo.az/