Afinada minlərlə insan 13 saatlıq iş gününə etiraz edir

15.10.2025

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Afina,15 oktyabr, AZƏRTAC

Afinada minlərlə insan 13 saatlıq iş gününün tətbiqinə etiraz etmək üçün yenidən küçələrə çıxıb.

AZƏRTAC xəbər verir ki, aksiya Afina Universitetinin rektorluğu qarşısında və Sintagma meydanında keçirilib. Etirazçılar yeni qanun layihəsinin geri götürülməsini tələb edib, plakatlarda “13 saatlıq iş gününə yox!”, “Həftədə 5 gün, gündə 7 saat”, “Əməkhaqqları artılsın!”, “Əmək hüquqları qorunsun!” kimi şüarlar səsləndiriblər.

Jurnalistlər də aksiyaya qoşulub. Yerli televiziya və xəbər agentlikləri proqramlarını qismən dayandırıb. Etirazçıların əsas tələbi hökumətin qanun layihəsini ləğv etmək, etibarlı əmək müqavilələrinin tətbiqi, əməkhaqqlarının artırılması və sosial təminatların qorunmasıdır.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью