Afinada NATO Baş katibinin səfərinə etiraz mitinqi keçirilir AZƏRTAC

26.11.2024

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 26 noyabr, AZƏRTAC

NATO-nun Baş katibi Mark Ruttenin Yunanıstana səfəri və Ukraynaya yardım göstərilməsi əleyhinə Afinada minlərlə insan mitinq edir.

AZƏRTAC yunan mediasına istinadla xəbər verir ki, etirazçılar Ruttenin Afinaya gəlişini pisləyir, həmçinin Yunanıstanı münaqişələrdə iştirakı dayandırmağa və ölkədəki ABŞ hərbi bazalarını bağlamağa çağırırlar. Bundan əlavə, mitinqdə Ukrayna və İsrailə hərbi dəstəyin dayandırılması tələbləri də səsləndirilir.

Mitinqin Yunanıstan Kommunist Partiyası tərəfindən təşkil olunduğu bildirilir. Aksiya Mark Ruttenin Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə danışıqları fonunda keçirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью