Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Yunanıstanın paytaxtı Afinada tələbələr təhsil büdcəsinin daha böyük bir hissəsini tələb edərək etiraz aksiyası keçiriblər.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Afinanın mərkəzində toplaşan tələbələr Sintaqma Meydanındakı Parlament binasına doğru yürüş ediblər. Orta Məktəb Müəllimləri Federasiyası (OLME) da etirazı dəstəkləyib.
İştirakı asanlaşdırmaq üçün müəllimlər də dörd saatlıq tətil keçiriblər. Etirazçılar təhsilə ayrılan büdcənin yetərli olmadığını vurğulayıblar, məktəb binalarının təmirini, siniflərin sayının azaldılmasını və müəllimlərin sayının artırılmasını tələb ediblər.
Yaşayış xərclərinin yüksək olmasına işarə edən şagirdlər və müəllimlər hökumətdən təhsilə maliyyə dəstəyini artırmağı istəyiblər.
İbrahim Cəfərov