Afinadan gizli Patriot HƏMLƏSİ

18.03.2026

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yunanıstan İranla gərginliyin artması nəticəsində Fransa başda olmaqla, bəzi Avropa ölkələrinin təzyiqinə baxmayaraq, Hörmüz boğazında yaradılması planlaşdırılan Avropa dəniz qüvvələrinə qatılmayacağını bəyan edib.

"Cebheinfo.az" xəbər verir ki, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Afinada "Bloomberg" xəbər agentliyinin təşkil etdiyi konfransdakı çıxışında Yunanıstanın Hürmüz boğazına hərbi cəhətdən müdaxilə etməyəcəyini bildirib: "Ölkə hərbi cəhətdən iştirak etməyə bilər, lakin bölgədə Yunanıstan gəmiləri olduğu üçün məsələ ilə yaxından maraqlanırıq. Hazırda daha artıq müdaxilə etməyəcəyik, bunun reallaşması üçün vahid Avropa qərarı qəbul edilməlidir".

Digər tərəfdən, Afina rəhbərliyinin "Patriot" raket ehtiyatının təxminən 25 faizini Qətərdəki ABŞ əsgərlərinin yerləşdiyi "Əl-Udeid" aviabazasının qorunması üçün göndərdiyi iddia edilib. Yunanıstan mətbuatı ölkənin 24 ədəd "Patriot" raketini Qətərə məxsus "C-17" nəqliyyat təyyarəsi ilə "Əl-Udeid" bazasına göndərdiyini yazıb. Ümumi göndərişin 50 raketə qədər yüksələ biləcəyi, bunun isə Yunanıstanın mövcud "Patriot" ehtiyatının təxminən 25 faizinə bərabər olduğu irəli sürülüb.

Raketlərin Qətərdə 8-10 min ABŞ əsgərinin xidmət etdiyi bazanın müdafiəsində istifadə olunacağı qeyd edilsə də, sözügedən göndərişlə bağlı nə Yunanıstan hökumətindən, nə də ABŞ-dən rəsmi açıqlama verilməyib.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью