AFP: Rusiyalı general Ukrayna xüsusi xidmət orqanlarının əməliyyatı nəticəsində öldürülüb

17.12.2024

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Rusiya Müdafiə Nazirliyinin general-leytenantı İqor Kirillov Ukrayna xüsusi xidmət orqanlarının əməliyyatı nəticəsində öldürülüb.
APA xəbər verir ki, bu barədə AFP-yə mənbədən bildirilib.
“Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi general-leytenant İqor Kirillov Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) xüsusi əməliyyatı nəticəsində öldürülüb”, - mənbə qeyd edib.
“Reuters” də öz mənbələrinə istinadən Ukrayna xüsusi xidmət orqanlarının İ. Kirillovu öldürmək üçün əməliyyat keçirdiyini bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью