Afrika böhranı Ankarada həll olundu Ərdoğan

12.12.2024

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Kin və inciklikləri aradan qaldıraraq, Somali ilə Efiopiya arasında sülh və əməkdaşlığa əsaslanan yeni başlanğıcın ilk addımını atdıq”.

Redaktor.az xəbər verir ki, bunu Tükiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sözügedən ölkə liderləri ilə Ankarada keçirdiyi birgə mətbuat konfransında deyib.

“Afrika böhranı Ankarada həll olundu. Təxminən 8 ay əvvəl başladığımız prosesdə mühüm mərhələyə çatdıq. Ölkələrin suverenliyi, birliyi və ərazi bütövlüyünün təmin edilməsi istiqamətində prinsipial mövqeyimizin simvolu olaraq, Afrikanın bu mötəbər guşəsində sülh və sabitliyin təmin edilməsi əsas gözləntimizdir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью