Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Afrika bu gün dünyanın aparıcı güc mərkəzlərinin geosiyasi və iqtisadi maraqlarının kəsişdiyi əsas regionlardan birinə çevrilib. Qitənin zəngin təbii sərvətləri, strateji coğrafi mövqeyi, geniş istehlak bazarı və artan iqtisadi potensialı ABŞ, Avropa İttifaqı, Çin və Rusiyanın diqqətini cəlb edir. Bu dövlət və birliklər Afrika ölkələri ilə əməkdaşlığı genişləndirməklə yanaşı, qitədə siyasi, iqtisadi və hərbi mövqelərini də möhkəmləndirməyə çalışırlar. Lakin onların istifadə etdikləri vasitələr, əməkdaşlıq prioritetləri və Afrika dövlətləri ilə münasibətlərə yanaşmaları bir-birindən fərqlənir. Bu rəqabət isə təkcə qitənin beynəlxalq mövqeyinə deyil, Afrika ölkələrinin daxili idarəçilik modelinə və iqtisadi müstəqilliyinə də təsir göstərir. Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu “XQ”nin mövzu ilə bağlı sualını cavablandırıb.
- ABŞ, Avropa İttifaqı, Çin və Rusiyanın Afrikaya nüfuz etmə strategiyaları arasındakı əsas fərq nədir və bu fərq Afrika ölkələrinin idarəçiliyinə necə təsir göstərir?
-Avropa İttifaqı, ABŞ və Rusiya Afrika ölkələrində öz təsirlərini gücləndirməyə çalışırlar. Lakin hər birinin bu istiqamətdə fərqli imkanları və yanaşmaları var. Avropa İttifaqı üçün Afrikada mövqelərini möhkəmləndirmək daha çətindir. Çünki onun Afrika ölkələrinə genişmiqyaslı investisiyalar yatırmaq üçün əlavə maliyyə imkanları məhduddur. Bu baxımdan Çin müəyyən üstünlüklər əldə edib. Pekin Afrika ölkələrinə investisiyalar yatırır və bunun üçün kifayət qədər maliyyə imkanlarına malikdir. Çin bu investisiyaları həyata keçirərkən, ilk mərhələdə, bir qayda olaraq, ciddi siyasi şərtlər irəli sürmür, Afrika ölkələrinə güzəştli kreditlər də təqdim edir.
Lakin bu əməkdaşlığın müəyyən riskləri də var. Çinin Afrika ölkələrinə yatırdığı investisiyalar sonrakı mərhələlərdə siyasi təsir imkanlarının genişlənməsinə şərait yarada bilər. Məsələn, Cibuti kimi ölkələrdə Çinin hərbi mövcudluğu və strateji maraqları özünü göstərir. Beləliklə, Afrika dövlətləri Çinin güzəştli kreditlərindən və investisiyalarından faydalansalar da, zaman keçdikcə Pekindən iqtisadi və siyasi baxımdan asılı vəziyyətə düşmək riski ilə üzləşirlər. Bu isə gələcəkdə həmin ölkələr üçün müəyyən problemlər yarada bilər.
Rusiya isə Afrika ölkələrində əsasən hərbi əməkdaşlığa üstünlük verir. Moskva bu ölkələrə hərbi texnika satır və təhlükəsizlik sahəsində əməkdaşlıq əlaqələrini genişləndirməyə çalışır. Yəni əsas fərq ondan ibarətdir ki, Avropa İttifaqı və ABŞ daha çox iqtisadi, siyasi və institusional əməkdaşlıq vasitələrindən, Çin investisiya və kredit imkanlarından, Rusiya isə əsasən hərbi əməkdaşlıqdan istifadə edərək Afrikada mövqelərini gücləndirməyə çalışır.
Avropa İttifaqı, ABŞ və Rusiya Afrika ölkələrində öz təsirlərini gücləndirməyə çalışırlar. Lakin hər birinin bu istiqamətdə fərqli imkanları və yanaşmaları var. Avropa İttifaqı üçün Afrikada mövqelərini möhkəmləndirmək daha çətindir. Çünki onun Afrika ölkələrinə genişmiqyaslı investisiyalar yatırmaq üçün əlavə maliyyə imkanları məhduddur. Bu baxımdan Çin müəyyən üstünlüklər əldə edib. Pekin Afrika ölkələrinə investisiyalar yatırır və bunun üçün kifayət qədər maliyyə imkanlarına malikdir. Çin bu investisiyaları həyata keçirərkən, ilk mərhələdə, bir qayda olaraq, ciddi siyasi şərtlər irəli sürmür, Afrika ölkələrinə güzəştli kreditlər də təqdim edir.
Lakin bu əməkdaşlığın müəyyən riskləri də var. Çinin Afrika ölkələrinə yatırdığı investisiyalar sonrakı mərhələlərdə siyasi təsir imkanlarının genişlənməsinə şərait yarada bilər. Məsələn, Cibuti kimi ölkələrdə Çinin hərbi mövcudluğu və strateji maraqları özünü göstərir. Beləliklə, Afrika dövlətləri Çinin güzəştli kreditlərindən və investisiyalarından faydalansalar da, zaman keçdikcə Pekindən iqtisadi və siyasi baxımdan asılı vəziyyətə düşmək riski ilə üzləşirlər. Bu isə gələcəkdə həmin ölkələr üçün müəyyən problemlər yarada bilər.
Rusiya isə Afrika ölkələrində əsasən hərbi əməkdaşlığa üstünlük verir. Moskva bu ölkələrə hərbi texnika satır və təhlükəsizlik sahəsində əməkdaşlıq əlaqələrini genişləndirməyə çalışır. Yəni əsas fərq ondan ibarətdir ki, Avropa İttifaqı və ABŞ daha çox iqtisadi, siyasi və institusional əməkdaşlıq vasitələrindən, Çin investisiya və kredit imkanlarından, Rusiya isə əsasən hərbi əməkdaşlıqdan istifadə edərək Afrikada mövqelərini gücləndirməyə çalışır.
Südabə MƏTANƏTLİ