Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamat BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, Azərbaycanın Efiopiyadakı səfiri Rəşad Novruz və digər rəsmi şəxslər qarşılayıblar.