Afrika Kuboku: Seneqal Ceksonun dublu sayəsində Botsvananı məğlub edib

23.12.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Afrika Millətlər Kubokunun qrup mərhələsində Seneqal və Botsvana arasında matç başa çatıb.

İdman.Biz bildidir ki, oyun 3:0 hesabı ilə Seneqalın xeyrinə yekunlaşıb.

Seneqalın hücumçusu Nikolas Cekson 40-cı dəqiqədə hesabı açıb. 58-ci dəqiqədə Cekson Seneqalın üstünlüyünü artırıb. 90-cı dəqiqədə yarımmüdafiəçi Şerif Ndiaye seneqallıların üçüncü qolunu vurub.

Afrika Millətlər Kuboku Mərakeşdə keçirilir. Yarışda iyirmi dörd milli komanda iştirak edir. Turnir 18 yanvara qədər davam edəcək. Hazırkı Afrika Millətlər Kubokunun çempionu Kot-d'İvuardır.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью