Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Afrika Kubokuna ev sahibliyi etməyə hazırlaşırlar
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Misir Afrika Millətlər Kubokunun (AFCON) 2028-ci il turnirinə ev sahibliyi etmək üçün namizədliyini irəli sürməyə hazırlaşır.
QOL.az xəbər verir ki, bu barədə "Ahram Online" nəşri məlumat yayıb.
Bildirilir ki, Misir Futbol Assosiasiyasının (EFA) İdarə Heyətinin üzvü Hamada Əl-Şərbini yerli radiolardan birinə açıqlamasında federasiyanın qitə birinciliyini ölkəyə gətirmək üçün ciddi müzakirələrə başladığını deyib.
Qeyd edək ki, Afrika Millətlər Kubokunun növbəti - 2027-ci il turniri iyunun 19-dan iyulun 17-dək Keniya, Uqanda və Tanzaniyanın birgə ev sahibliyi ilə keçiriləcək.