Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.
Afrika Futbol Konfederasiyasının (CAF) İcraiyyə Komitəsi Afrika Millətlər Kubokunun yenidən iki ildə bir keçirilməsi barədə yekdilliklə qərar qəbul edib. Sport24.az xəbər verir ki, qurumun mətbuat xidməti məlumat yayıb.
7-9 oktyabr tarixlərində Kabo-Verdedə keçirilən strateji konfransda CAF prezidenti Patris Motsepe bildirib ki, İcraiyyə Komitəsi ötən il qəbul edilmiş qərarı ləğv edir. Həmin qərara əsasən, yeni turnirin – Afrika Millətlər Liqasının təşkili məqsədilə Afrika Millətlər Kuboku dörd illik dövrə keçirilmişdi.
CAF-ın prezidenti həmçinin bildirib ki, Afrika Millətlər Kubokunun hər iki ildən bir keçirilməsi barədə qərarı Afrika futbolunun inkişafı, qorunması və təşviqi, CAF-a üzv olan 54 assosiasiya, eləcə də Afrikadan kənardakı klublarda çıxış edən afrikalı futbolçuların mənafeləri nəzərə alınaraq qəbul edilib.
Qeyd edək ki, növbəti Afrika Millətlər Kuboku 2027-ci ildə Keniya, Tanzaniya və Uqandada keçiriləcək. Afrika Millətlər Kubokunun sonrakı turnirləri isə 2028, 2031 və 2033-cü illərdə təşkil olunacaq. Növbəti FİFA Dünya Çempionatı 2030-cu ildə keçiriləcəyindən turnirin final mərhələsi həmin ildə keçirilməyəcək.