Afrika Millətlər Kubokunda final turnirinin iştirakçıları məlum oldu

28.01.2025

Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.


Yanvarın 27-dən 28-nə keçən gecə Mərakeşin Rabat şəhərində 2025-ci il Afrika Millətlər Kubokunun final turnirinin püşkatma mərasimi keçirilib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, püşkatmasının nəticələrinə əsasən final turnirinin qrupları aşağıdakı kimi formalaşıb:
A qrupu: Mərakeş, Mali, Zambiya, Komor adaları;
B qrupu: Misir, Cənubi Afrika, Anqola, Zimbabve;
C qrupu: Nigeriya, Tunis, Uqanda, Tanzaniya;
D qrupu: Seneqal, Konqo DR, Benin, Botsvana;
E qrupu: Əlcəzair, Burkina Faso, Ekvatorial Qvineya, Sudan;
F qrupu: Fil Dişi Sahili, Qabon, Kamerun, Mozambik.
Qeyd edək ki, turnir 2025-ci il dekabrın 21-dən 2026-cı il yanvarın 18-dək Mərakeşdə keçiriləcək.
Xatırladaq ki, turnirin son qalibi Fil Dişi Sahili millisi olub. Nigeriya millisi ikinci, Cənubi Afrika millisi isə üçüncü yeri tutub.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью