Afrika milliləri DÇ 2026 da ilkə imza atdılar

28.06.2026

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Kişilər arasında futbol üzrə dünya çempionatları tarixində ilk dəfə olaraq eyni vaxtda doqquz Afrika millisi pley-off mərhələsinə vəsiqə qazanıb.

Bakıvaxtı.az Oxu.Az-a istinadən xəbər verir ki, DÇ-2026-da Əlcəzair, Kabo-Verde, Konqo Demokratik Respublikası, Misir, Qana, Kot-d'İvuar, Mərakeş, Seneqal və Cənubi Afrika Respublikası (CAR) qrup mərhələsini uğurla adlayaraq pley-offa yüksəlib.

Qrup mərhələsindən sonra mundialı tərk edən yeganə Afrika təmsilçisi Tunis olub. Komanda keçirdiyi üç oyunun hamısında məğlub olaraq xal qazana bilməyib və F qrupunda sonuncu - dördüncü yeri tutub.

Pley-offa yüksələn doqquz Afrika millisindən beşi tarixində ilk dəfə bu uğura imza atıb. Bunlar Konqo Demokratik Respublikası, Kot-d'İvuar, Cənubi Afrika Respublikası (CAR), Misir və Kabo-Verdedir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью