Afrika ölkələri ilə əməkdaşlığı yüksək qiymətləndiririk Rəfiyev | Icma.az
Axar.az saytına istinadən Icma.az xəbər verir. Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir.
Axar.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev sosial şəbəkədə Afrika Gününə həsr olunmuş paylaşımında yazıb.
"Afrika insan sivilizasiyasına böyük töhfə vermiş bəşəriyyətin beşiyi, müxtəliflikdə birləşmiş və zəngin irsə malik bir qitədir.
Bu ilki Afrika Günündə biz Afrika xalqlarına sülh və inkişafa əsaslanan davamlı və dayanıqlı gələcək arzulayırıq.
Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını və dostluq əlaqələrini yüksək qiymətləndirir", – XİN başçısının müavini qeyd edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu