Afrika ölkəsi “Barselona” ilə sponsorluq müqaviləsi bağlayacaq

16.07.2025

Icma.az bildirir, sport24.az portalına istinadən.

"Barselona" Konqo Demokratik Respublikası ilə dörd illik sponsorluq müqaviləsi bağlamağa yaxındır. Sport24.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, müqavilənin şərtlərinə görə, klub hər il 11 milyon avro, ümumilikdə 44 milyon avro alacaq.

Mənbənin sözlərinə görə, sponsorluq müqaviləsinin şərtlərinə əsasən, "Barselona" futbolçularının formalarının arxasında "RDC, cœur de l'Afrique" ("DR Konqo, Afrikanın Qəlbi") loqosu yer alacaq.

Qeyd edək ki, Kataloniya təmsilçisi ötən mövsüm İspaniya çempionluğunu və İspaniya kubokunu qazanıb. Çempionlar Liqasında isə mübarizəni yarımfinalda dayandırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью