Afrika təmsilçisi Bakıdakı dünya çempionatında qələbə qazanıb

23.05.2025

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir qarşılaşma keçirilib.

"Report"un məlumatına görə, B qrupunda II turun oyununda Rumıniya və Çad milliləri üz-üzə gəliblər.

Milli Gimnastika Arenasında reallaşan qarşılaşma Afrika təmsilçisinin qələbəsi ilə bitib - 4:2.

Qrupun bu gün baş tutmuş digər matçında Fransa Özbəkistanla bərabərə qalıb - 3:3.

Fransa ilk görüşdə Çadı məğlub edib - 1:0. Özbəkistan millisi isə Rumıniyaya 1:2 hesabı ilə uduzub.

Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.

"Cebheinfo.az" 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью